• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göyçay sakini itkin düşdü - Foto

CƏMİYYƏT

13 Sentyabr 2021 | 20:20 | Müəllif: Subhan Mahmudov

Göyçay sakini itkin düşdü - Foto

Göyçay rayonunun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Fuad Məzahir oğlu Mustafayev ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fuadın ailə üzvləri bununla bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları onu itkin kimi qeydiyyata alaraq tapılması üçün tədbirlər görürlər. Məlumata görə, Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub.

Onu görüb tanıyan şəxslərdən 050 - 853-65-21 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026