• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hakimliyə namizədlərin test imtahanının vaxtı açıqlandı

CƏMİYYƏT

13 Oktyabr 2021 | 17:39

Hakimliyə namizədlərin test imtahanının vaxtı açıqlandı

Hakimliyə namizədlərin test imtahanının vaxı açıqlanıb.

Hakimlərin Seçki Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, 700-dək hakimliyə namizədlə müsabiqələr keçirilib, 44 nəfər dövlət başçısının sərəncamı ilə cari ildə müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 125 nəfər müsabiqənin müxtəlif mərhələsindədir.

Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcəkdir.

"Həmçinin namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər", komitədən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026