• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha bir yüksək vəzifəli general işdən çıxarıldı - FOTO

CƏMİYYƏT

12 Noyabr 2021 | 15:46

Daha bir yüksək vəzifəli general işdən çıxarıldı - FOTO

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.

Bakıvaxtı.az xəbər veri ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər. 

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 


Daha bir yüksək vəzifəli general işdən çıxarıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026