• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda qanunsuz tikili olmayacaq - Nazir

CƏMİYYƏT

12 Dekabr 2021 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda qanunsuz tikili olmayacaq - Nazir

"Fövqəladə Hallar Nazirliyi ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir".

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Şəhərsalma və Tikinti Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib.

Nazir deyib ki, qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var: "O vaxt məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Məsələn, Bakı şəhərində hündürmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdı, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlandı, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edildi. Bu proses digər ryonlarda da davam etdirilir".

"Hesab edirəm ki, bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək",- deyə K.Heydərov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR