• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusun “deltakron” adlı variantı yoxdur - Azərbaycanlı həkim

CƏMİYYƏT

11 Yanvar 2022 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun “deltakron” adlı variantı yoxdur - Azərbaycanlı həkim

Alimlər koronovirusun yeni variantını aşkarlayıblar. Kiprdə tapılan yeni ştam bundan əvvəl məlum olan iki variantın – “delta” və “omikron” variantlarının kombinasiyasıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, yeni ştam törədicilərinə müvafiq olaraq “deltakron” adlandırılıb. Bəs bu ştamın əlamətləri nələrdir?

Həkim-infeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, Kiprdə bir neçə həkimdən ibarət tədqiqat qrupu “delta” və “omikron” ştamlarının birləşməsindən yaranan yeni variantla bağlı çıxış ediblər: “Lakin, “deltakron” deyə bir variant qətiyyən yoxdur. Eyni anda “delta” və “omikron” variantına yoluxma halları isə rast gəlinəndir. Lakin, bu o demək deyil ki, iki virus molekulyar səviyyədə mutasiya keçirərək birləşib”.

Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən son günlərdə bu məsələ ilə bağlı açıqlama verilib və bu, sərt şəkildə tənqid olunub: “Hətta bildirilib ki, əsassız iddialar üzərindən yeni adlar fikirləşənlər vaksinasiyaya əlçatanlığın artmasına dəstək olsunlar. Göründüyü kimi bəzən müxtəlif mənbələrdən belə yanlış informasiyalar olur, lakin, mütləq rəsmi məlumatlar gözlənilməlidir. Əks halda, bu, insanlar arasında lazımsız təşvişə səbəb ola bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026