• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bir qrup ANAMA əməkdaşına medallar verildi

CƏMİYYƏT

10 Fevral 2022 | 12:46

Bir qrup ANAMA əməkdaşına medallar verildi

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə sərhədboyu ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, mühəndis təminatı fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.

Fevral ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında keçirilmiş tədbirdə Zəngilan və Qubadlı rayonları ərazisində sərhəd müdafiə və mühafizə bölmələrinin xidməti ərazisinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir qrup əməkdaşına “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medallar təqdim edilmişdir.

Tədbir zamanı DSX və ANAMA arasında faydalı əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunmuş, agentliyin əməkdaşlarına çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edilib.


Bir qrup ANAMA əməkdaşına medallar verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026