• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Omikron"un yayılma sürəti "Delta"dan 70 dəfə çoxdur - İnfeksionist

CƏMİYYƏT

11 Yanvar 2022 | 12:50 | Müəllif: Subhan Mahmudov

"Omikron"un yayılma sürəti "Delta"dan 70 dəfə çoxdur - İnfeksionist

Koronavirusun "Omikron" ştamının yayılma sürəti virusun "Delta" növündən 70 dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Azərbaycanda virusun bu növünün aşkarlanması onu deməyə əsas verir ki, ölkəmizdə yoluxma sayında artım olacaq. Müəyyən olunub ki, virusun bu variantının öldürücülük qabiliyyəti zəifdir, lakin sürətlə yayılır. "Omikron" ştamının sürətlə yayılması kütləvi immunitetin yaranmasına və pandemiyanın bitməsinə səbəb ola bilər.

Bütün bunlara baxmayaraq, vətəndaşlar gigiyenik qaydalara riayət etsinlər. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır", - deyə o bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün Azərbaycanda 12 nəfərdə SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR