• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dərs ilinin sonunda XI siniflərdə BSQ keçirilməyəcək?

CƏMİYYƏT

11 Yanvar 2022 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Dərs ilinin sonunda XI siniflərdə BSQ keçirilməyəcək?

Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının XI siniflərdə mart, IX siniflər üçün isə apreldə keçirilməsi nəzərdə tutulur. Elə isə buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmənin (BSQ) keçirilməsinin nə əhəmiyyəti var?

Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.

Fənlər üzrə illik qiymətlər isə Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən, kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri əsasında müəyyənləşdirilir.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, tədris ilində hər yarımil üzrə Böyük Summativ Qiymətləndirmə təşkil olunmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR