• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtobuslarda maska tələbi ləğv edilib?

CƏMİYYƏT

10 Fevral 2022 | 10:11 | Müəllif: Qalib İbrahimoğlu

Avtobuslarda maska tələbi ləğv edilib?

Karantin qaydalarına əsasən, qapalı məkanlarda, xüsusilə də ictimai nəqliyyatda maska taxmaq məcburidir. Ancaq bəzi vətəndaşlar məsuliyyətsizlik edərək maska taxmır.

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində əvvəllər ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlərinə daha tez-tez rast gəlinirdi. Son zamanlar isə sanki belə yoxlamalar azalıb. Bu isə əksər sərnişinlərdə arxayınlıq yaradıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: “Polis tərəfindən bütün respublika ərazisində, o cümlədən, paytaxtda xüsusi karantin rejimi qayda və tələblərinə uyğun olaraq qapalı məkanlarda, xüsusilə ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı nəzarət-profilaktik tədbirləri diqqət mərkəzində saxlanılır. Demək olar ki, paytaxtın bütün ərazisində xidmətə cəlb olunan əməkdaşlar tərəfindən bu qayda və tələblərə fasiləsiz nəzarət olunur”.

E.Hacıyev bildirib ki, burada əsas məqsəd pandemiya şəraitində vətəndaşları, sərnişinləri və hərəkət iştirakçılarını infeksiya riskindən qorumaq və vətəndaşları profilaktik tədbirlərəəməl etməyə çağırmaqdır. Bu istiqamətdə tədbirlər davam edir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026