• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Silah oğurlayan sabiq polislərə hökm oxundu

CƏMİYYƏT

11 Mart 2022 | 18:52 | Müəllif: Subhan Mahmudov

Silah oğurlayan sabiq polislərə hökm oxundu

Silah oğurluğunda təqsirləndirilən Sabunçu Rayon Polis İdarəsinin sabiq əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu Rayon Polis İdarəsində aparılan yoxlama zamanı “Zəfər K” tapançalarından birinin yoxa çıxdığı məlum olub.

Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026