Gəncə şəhərinə və ətraf bölgələrə qar yağır.
Bakıvaxtı.az-ın APA-ya istinadla verdiyi məlumata əsasən, saat 19.00-dan başlayan yağış 22.00-dan etibarən sulu qara və qara çevrilib.
Göygöl, Daşkəsən və Şəmkir rayonlarına qar daha intensiv düşüb. Yollarda hərəkətin təmini üçün artıq işlərə başlanılıb və avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur.
















