• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLAR

CƏMİYYƏT

10 Aprel 2022 | 18:53

Ukraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLAR

Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.

Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.


Ukraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLARUkraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLARUkraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLARUkraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLARUkraynada həlak olan azərbaycanlı snayperin nəşi ölkəmizə gətirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026