• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Koronavirusdan tam sağalmayanlar - Uzunmüddətli kovid nədir?

CƏMİYYƏT

12 Mart 2022 | 01:46 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusdan tam sağalmayanlar - Uzunmüddətli kovid nədir?

COVID-19-a yoluxan bir çox insan bu xəstəliyi çox ciddi keçirtmir və qısa müddətdə sağalır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı uzman-terapevt Çinarə Səfərova məlumat paylaşıb. Qeyd olunub ki, lakin ağır xəstə olmayanlarda belə, sağaldıqdan sonra uzunmüddətli problemlər yaşayanların sayı kifayət qədərdir. Buna isə "uzunmüddətli COVID" adı verilib.

Böyük Britaniyada səhiyyə işçiləri üçün təlimatda deyilir ki, COVID simptomları, yüngül və ya ağır olmasından asılı olmayaraq infeksiyanın başlamasından 12 həftə sonra belə davam edərsə və başqa səbəb yoxdursa, "uzunmüddətli COVID" diaqnozu qoyula bilər (medicina.az).

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) "uzunmüddətli COVID" simptomlarını aşağıdakı kimi sadalayır:

-Həddindən artıq yorğunluq;

-Nəfəs darlığı, çarpıntılar, sinə ağrısı və sıxılma;

-Yaddaş və konsentrasiya problemi;

-Əzələ ağrısı;

-Dad və qoxu hiss etməkdə müəyyən dəyişikliklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026