Azərbaycanda olan əcnəbilərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Miürasiya Xidmətinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, hazırda ölkədə təxminən 120-130 min əcnəbi yaşayır.
DMX rəisi bildirib ki, onlar həm 15 günə qədər qısamüddətli səfər edənlərdir, həm də uzunmüddətli qalanlardır: "Bildiyiniz kimi 15 gündən artıq qalanlar yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər. Təxminən 12-13 faizi 15 günə qədər olan kontingentdir. Digərləri isə müvəqqəti yaşamaq icazələri almış və ya qeydiyyata düşməklə yaşayan şəxslərdir".
















