Dünyanın ən zəngin milyarderi İlon Maskın iş müsahibələrində namizədlərə ən çox verdiyi sualın "Üzərində çalışdığınız ən böyük problemi və onu necə həll etdiyinizi danışın" olduğu öyrənilib.
Bakıvaxtı.az xəbər verir ki, Daily Star qəzeti Tesla və SpaceX-in CEO-su İlon Maskın iş həyatında istifadə etdiyi texnikalardan yazıb. Xəbərdə Maskın müsahibələrdə qeyri-adi istedadlar axtardığına diqqət çəkilib və bu sual onun hər iş müsahibəsində verdiyi ən sevimli sualdır.
Namizədlərin hansı məktəbi bitirmələri ilə maraqlanmayan Maskın bu sual vasitəsilə həqiqəti söyləyib-demədiyini anladığı bildirilir. Maskın namizədlərə verdiyi sualın “Üzərində çalışdığınız ən böyük problemdən və onu necə həll etdiyinizdən danışın” olduğu vurğulanıb.
Sputnik Türkiyə xəbərinə görə, Musk 2014-cü ildə Auto Bild jurnalına verdiyi müsahibədə təhsil səviyyəsinə çox əhəmiyyət vermədiyini bildirib.
O, sözügedən müsahibədə “Heç bir universitetə, hətta orta məktəb diplomuna da ehtiyac yoxdur.” deyib.
Aytac Aslan
















