• Bakı 22° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanda may ayından maska rejimi ləğv olunur?

CƏMİYYƏT

19 Aprel 2022 | 12:27 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda may ayından maska rejimi ləğv olunur?

Artıq bir aya yaxındır ki, Azərbaycanda maska rejiminin və quru sərhədlərinin açılması ilə bağlı müzakirələr gedir. Pandemiya ilə bağlı son günlərin statistikası da bu qadağaların ləğvi ilə bağlı münbit şərait yarandığını göstərir. Bu barədə hətta Milli Məclisdə deputatlar da müxtəlif bəyanatlarla çıxış edirlər.

Bakıvaxtı.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, may ayının 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcək.

Bununla bağlı aprel ayının sonlarında Operativ Qərargahın iclasının keçiriləcəyi də bildirilir. 

Millət vəkili Rəşad Mahmudov qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığını mətbuata açıqlayıb. 

Mütəxəssislər pandemiya ilə bağlı ölkədə təhlükənin sovuşduğunu, sadəcə insanların bəzi ehtiyat tədbirlərinin görülməsi zərurəti qaldığını bildirilər. Buna da şəxsi gigiyena və bəzi profilaktik tədbirlər aiddir.

Yəni, adi qripdə olduğu kimi, sadəcə immuniteti yüksək tutmaq, xəstəlik simptomları olan adamlarla ünsiyyətdən uzaq durmaq lazımdır.

Qərarın nə vaxt veriləcəyi yaxın günlərdə bəlli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026