İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun özü "Facebook"da payıaşıb.
O, hava limanında yaşadığı problemin həll olunduğunu qeyd edib.
DİN-in ona “stop” qadağası qoyduğunu yazan Hacıyevin sözlərinə görə, bir xeyli araşdırandan sonra detiblər ki, açılmış, bağlanmış bir işdə şahid olduğum üçün keçən il qoyulubmuş.
"Mən də dedim işdə şahidə “saxla” qoyulursa, iş bitəndə götürmək lazımdır. Eyni zamanda “saxla”, “stop”-u qanuni, rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN saytında yoxlayıb, vaxtında tədbir görək. DİN saytında isə “stop”, “saxla” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi", - deyə Bəxtiyar Hacıyev əlavə edib.
Nuranə Daxilqızı
















