• Bakı 14° C

    1.72 m/s

Ərik insan orqanizmini xərçəng şişlərindən qoruyur

CƏMİYYƏT

18 Iyun 2022 | 04:33 | Müəllif: Qalib İbrahimoğlu

Ərik insan orqanizmini xərçəng şişlərindən qoruyur

Ərik kalium elementi ilə zəngindir. Kalium isə ürəyimizin ən sevimli mikroelementidir.

Bakıvaxtı.az xəbər verir ki, bu səbəbdən də ürəyin fəaliyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yayda - təzə ərik, qışda isə - ərik qurusu. Qeyd edək ki, ərik qurusunun tərkibində kalium daha çox miqdardadır. Onu da bildirək ki, ərik qurusu şəkərlə də zəngindir.

Kalium elementi hipertoniyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Kalium orqanizmi artıq mayedən azad edir ki, bunun nəticəsində ürəyin və böyrəklərin fəaliyyəti yaxşılaşır.

Kaliumla yanaşı ərik maqnezium və fosforla zəngindir. Bu elementlər beyində gedən mübadilə prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırır.

Ərik yod və dəmirlə də zəngindir. Yod qalxanvari vəzi xəstəliklərinin profilaktikasıdır, insanın intellektini yaxşılaşdırır. Dəmir isə anemiyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir.

Ərik pektinlə də zəngindir. Bu xeyirli birləşmə orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, azad radikallar) təmizləyir.

Ərik A vitamini ilə zəngindir. Bu vitamin immuniteti və görməni yaxşılaşdırır. Elmdə sübut olunub ki, əriyin müntəzəm qəbulu insan orqanizmini xərçəng şişlərindən qoruyur.

Əriyin tərkibində olan xeyirli maddələr uşaqlarda boyatma prosesləri stimullaşdırır.

Ərik qəbizlikdən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir.

Əriyin xeyri kimi, ziyanı da az deyil. Belə ki, çox miqdarda ərik yemək qanda şəkəri artırdığından, şəkəri və mədəsində yarası, qastriti olanlara bu meyvəni yeməmək tövsiyə edilir.

Bundan başqa, ərik qanda şəkəri kəskin qaldıran meyvədir. Şəkərinə nəzarət edə bilməyənlər üçün də bu təhlükəlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026