• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bu gün kəskin istilər olacaq

CƏMİYYƏT

17 Iyul 2022 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün kəskin istilər olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

    Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Sentyabr 2026