• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

42 dərəcə İSTİ - EHTİYATLI OLUN

CƏMİYYƏT

16 Avqust 2022 | 08:31 | Müəllif: Qalib İbrahimoğlu

42 dərəcə İSTİ - EHTİYATLI OLUN

Bu gün Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 24-28 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, Bakıda gecə 25-27 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026