• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda Bilik Günü qeyd olunur

CƏMİYYƏT

15 Sentyabr 2022 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda Bilik Günü qeyd olunur

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

Bakıvaxtı.az xəbər verir ki, 2022-2023-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərinin I sinfində 158 min 297, IX sinfində 147 min 29, XI sinfində isə 100 min 455 şagird təhsil alacaq.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Nazir Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.

Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR