• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qobu Park”dakı yanğında zəhərlənən polislərdən XƏBƏR VAR -FOTO

CƏMİYYƏT

14 Oktyabr 2022 | 17:55 | Müəllif: Qalib İbrahimoğlu

“Qobu Park”dakı yanğında zəhərlənən polislərdən XƏBƏR VAR -FOTO

Xəbər  verdiyimiz kimi, oktyabrın 13-də Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az xatırladır ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər sakinlərin təxliyəsində iştirak edən Əlahiddə Çevik Polis Alayının Qaradağ rayonunun 10-cu patrul bölüyündə xidmət aparan əməkdaşlar serjant Elnur İbrahimov və kiçik serjant Məhəmməd Əliyevdir.

Tüstüdən zəhərlənən polis əməkdaşları Kliniki Tibbi Mərkəzdə müayinə olunduqdan sonra evə buraxılıblar.

Hazərda onların vəziyyətləri normaldır.

Qeyd edək ki, hadisə zamanı binanın 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.

Nuranə Daxilqızı


“Qobu Park”dakı yanğında zəhərlənən polislərdən XƏBƏR VAR -FOTO“Qobu Park”dakı yanğında zəhərlənən polislərdən XƏBƏR VAR -FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026