• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan hərbi təxribatlarla dünyəvi hüquq və azadlıqları pozur

CƏMİYYƏT

14 Sentyabr 2022 | 20:04 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan hərbi təxribatlarla dünyəvi hüquq və azadlıqları pozur

"Ermənistanın növbəti təxribatı beynəlxalq hüquq normalarına zidd və Azərbaycana qarşı məqsədli şəkildə etnik düşmənçilik niyyəti ilə atəşkəsin pozulması kimi hərbi təxribatları dünyəvi hüquq və azadlıqların kobud şəkildə pozulması faktıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın istiqamətlərində həyata keçridiyi  genişmiqyaslı təxribatla bağlı yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunur ki, bütün bunlar Ermənistan rəhbərliyinin bölgədə sülhün tərəfdaşı olmadığını və  Azərbaycan Respublikasına, Azərbaycan millətinə qarşı yürütdüyü mənfur siyasətin nümunəsidir. 

Cəmiyyət beynəlxalq təşkilatlara, eləcə də Ermənistanın havadralarına səslənərək bu ədalətsizliyin və vandallığın dərhal dayandırlmasını və azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənərək dinc sakinlərin öz evlərinə geri dönmələrinə, bölgədə sülhün bərqərar omasına dəstək göstərilməsinə çağırır.

"Sülhün bərqərar olması bu hadisələrin qarşısını almaqla ölkədə əlilliyin səviyyəsinin aşağı salmasına da yardım edir. Belə ki, bu hadisələr yüzlərlə insan itkisi və vətəndaşların müharibə əlili olmasına gətirib çıxarır.

Azərbaycan suveren, dünyəvi və sülsevən ölkə olaraq qonşu ölkələrə ərazi iddiasında olmayıb və heç bir zaman da hər hansı hərbi təxribatı dəstəkləmir.  AzGƏC ölkəmizə qarşı yönələn bu təxribatı qəti şəkildə pisləyərək şəhid olmuş bütün hərbiçilərin ailələrinə dərin hüzünlə başsağlığı verərək onlara uca tanrıdan səbr və dözüm diləyir.

AzGƏC xalqımızı bu çətin zamanda baş vermiş hadisə ilə əlaqədar həm daxildə, həm də ölkə xaricində sapı özüzümüzdən olan baltaların yanlış infosmasiyalarına  inanmamağa və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək dəyanətli olmağa çağırır”, - deyə bəyanarda bildirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə bütün beynəlxalq normaları, o cümlədən Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanmış üçtərəfli Bəyanatın şərtlərini, eləcə də son olaraq Brüssel danışıqlarını növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026