• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bilik gününün havası: Yağış, külək...

CƏMİYYƏT

15 Sentyabr 2022 | 08:22 | Müəllif: Qalib İbrahimoğlu

Bilik gününün havası: Yağış, külək...

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, lakin 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 22-25° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026