• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda 3 nəfər dağlıq ərazidə İTKİN DÜŞDÜ

CƏMİYYƏT

15 Avqust 2022 | 23:24

Azərbaycanda 3 nəfər dağlıq ərazidə İTKİN DÜŞDÜ

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026