• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Yeni məktəbli formaları hazırlanır

CƏMİYYƏT

18 Iyun 2022 | 00:42 | Müəllif: Subhan Mahmudov

Yeni məktəbli formaları hazırlanır

Yeni məktəbli formaları hazırlanır. 

Bakıvaxtı.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bunu "Bakı Tikiş Evi"nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə əsasən, yeni məktəbli formalarının nümunələri artıq hazırdır. Bu formalar ötənilkilərdən fərqlənəcək. Yeni geyimlər kostyum şəklində olmayacaq. Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub.

Etibar Əzimovun sözlərinə görə, yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.

Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasına keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR