• Bakı 12° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Mədəniyyət və yaradıcı sənayelərin inkişafı yeni mərhələyə keçir

MƏDƏNİYYƏT

05 Dekabr 2025 | 11:09

Mədəniyyət və yaradıcı sənayelərin inkişafı yeni mərhələyə keçir

“Cəmiyyətin sosial inkişafı çərçivəsində ölkəmizdə mədəniyyət və yaradıcı sənayelər sahəsində mühüm işlər görülüb”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət istiqamətləri bu sahənin iqtisadi inkişafa təsirini artırıb, həmçinin dövlət qurumları qarşısında yaradıcı sənayelərdə məşğulluğun genişləndirilməsi kimi yeni hədəflər qoyub. Son iki il ərzində əhəmiyyətli islahatlar aparılıb, vacib sənədlər qəbul edilib və yeni təcrübələr formalaşıb. Bu təcrübələr əsasında digər ölkələrlə əməkdaşlığın yeni modelləri də müəyyənləşdirilib:

“Tədbirlər çərçivəsində əsas istiqamətlərdən biri mədəni və yaradıcı sənayelər üzrə forumun təşkili olacaq. Forumla yanaşı, böyük bir sərginin keçirilməsi də nəzərdə tutulur. Sərgidə kino sahəsinə aid ekspozisiyalar, mədəni və yaradıcı sənayelərlə bağlı ayrıca bölmələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə xüsusi ekspozisiya təqdim ediləcək”.

R. Əzizov bildirib ki, artıq 300-400 arası xarici qonaq Bakını ziyarət edir. Tədbir 30-dan çox ölkədən maraq doğurub və nəticədə əlavə nümayəndələr də iştirak üçün Bakıya gəlir. Ümumi gözlənti təxminən 5 min nəfərin festival və forum çərçivəsində keçiriləcək tədbirlərə qatılmasıdır. Son aylarda qeydiyyat prosesi aktiv şəkildə davam edib və müxtəlif ölkələrdən spikerlər, iştirakçılar və sərgi nümayəndələri artıq qeydiyyatdan keçiblər:

“Bir həftə ərzində geniş proqram təqdim olunacaq. Buraya həm forum xarakterli panel müzakirələri, həm də diskussiya formatlı digər tədbirlər daxildir. Bundan əlavə, müxtəlif ölkələrin film nümayişləri təşkil olunacaq. Kino günləri ərzində iki film festivalı paralel keçiriləcək”.


Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

04 Dekabr 2025