• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı 15% artıb

İQTİSADİYYAT

21 Mart 2025 | 15:12

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı 15% artıb

 Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 27 min 606,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövrünə Azərbaycanda 694,7 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da, illik müqayisədə 5,6 % azdır.

Martın 1-nə ölkədə 902,6 min dekalitr meyvə şirəsi, 20 min 124,2 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 8,5 % və 0,7 % çoxdur.


SON XƏBƏRLƏR

30 Mart 2025