• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda neft kəmərlərində itkilər 17%-dək artıb

İQTİSADİYYAT

05 Iyun 2023 | 14:00

Azərbaycanda neft kəmərlərində itkilər 17%-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft kəmərlərində 0,7 min ton itki olub, bu da illik müqayisədə 16,7% çoxdur.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 0,6 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9 500,8 min ton neft nəql edilib. Nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7 244,5 min ton neft ötürülüb.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır.

Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur. Nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox).


SON XƏBƏRLƏR

26 Aprel 2024