• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə tarixində növbəti rekord

İQTİSADİYYAT

04 Iyul 2023 | 19:57 | Müəllif: Subhan Mahmudov

Türkiyə tarixində növbəti rekord

İstanbul Birjasının əsas indeksi BIST100 bazar ertəsi bütün zamanların ən yüksək göstəricisi olan 6000-i keçib.

Bakıvaxtı.az bildirir ki, indeks yüksək mövqelərdə alqı-satqıya başlayıb və gün ərzində yüksəlişini davam etdirərək 6005 bəndədək yüksəlib.

Bazar ertəsi ticarətin sonunda BIST100 təxminən 4,2% dəyər artırıb və 6000 bəndi ətrafında günü başa vurub.

Ekspertlərin fikrincə, rekord artım Qurban bayramı münasibətilə Türkiyədəki uzun tətildən sonra ticarətdəki canlanma ilə əlaqədardır.

Bildirilir ki, ən böyük artımı nəqliyyat sektoru, quru və hava daşıyıcıları şirkətlərinin səhmləri göstərib. Bayram günlərində onların bir çoxu treyderlərin davranışlarına təsir edən rekord trafik həcmi barədə məlumat verib. Bir sıra şirkətlərin səhmləri 7-9% bahalaşıb. Enerji və tikinti sektorundakı şirkətlərin aktivləri də artıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026