• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rubl,  avro xəttində tarixi gərilmə

İQTİSADİYYAT

03 Avqust 2023 | 17:46

Rubl, avro xəttində tarixi gərilmə

Rubl avroya nisbətən daha çox ucuzlaşsa da, Rusiya Mərkəzi Bankı ölkənin maliyyə sabitliyi üçün heç bir risk görmədiyini bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən bildirib ki, Rusiya rublu Moskva birjasında dünəndən etibarən avroya nisbətdə demək olar 2 faiz ucuzlaşaraq 2022-ci ilin martından bəri ən aşağı həddinə çatıb. Valyuta məlumatlarına görə, valyuta 1 avro üçün 103 rubla alınıb.

Ekspertlər rublun ucuzlaşmasının daha çox vergi dövrünün başa çatması və xarici valyutaya yüksək tələbatla bağlı olduğunu bildiriblər. Alfa Investments analitiklərinə görə, ayın sonunda ixracatçılar xarici valyutada əldə etdikləri gəlirləri vergi ödəmək üçün satırlar ki, bu da öz növbəsində rublu dəstəkləyir. Bu müddət başa çatdıqda (adətən hər ayın 28-də) rubl ənənəvi olaraq zəifləyir.

Bu arada Renaissance Capital ekspertləri həm neft qiymətlərinin artması, həm də idxal tələbində gözlənilən yavaşlama səbəbindən rublu dəstəkləmək üçün imkan olduğuna inandıqlarını bildiriblər.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026