Qlobal qızıl tələbi ikinci rübdə mərkəzi bankların alışları yavaşlatması ilə azalıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (WGC) məlumat yayıb.
Ümumdünya Qızıl Şurası birjadankənar əməliyyatlar istisna olmaqla, qlobal qızıl tələbinin 2023-cü ilin ikinci rübündə mərkəzi bankların alışlarını yavaşlatması və texnologiya sektorunun istehlakının mülayim qalması səbəbindən illik müqayisədə 2% azalaraq 920,7 tona düşdüyünü açıqlayıb.
Şuranın rüblük hesabatına görə, mərkəzi banklar 2023-cü ilin birinci yarısında 386,9 ton qızıl alıb.
“Satınalma fəallığı həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr arasında geniş yayılıb və səpələnib”, - deyə məlumatda bildirilir.
Ay Tac















