Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, bu ilin ilk yarısında Azərbaycanda ömürlük azadlıqdan məhrum edilən 2 nəfər olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə onların sayı 1 nəfər azalıb.
Son 5 ildə Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı aşağıdakı kimi olub:
2020-ci ilin ilk yarısı - 3 nəfər
2021-ci ilin ilk yarısı - 4 nəfər
2022-ci ilin ilk yarısı - 2 nəfər
2023-cü ilin ilk yarısı - 3 nəfər
2024-cü ilin ilk yarısı - 2 nəfər/Yeniavaz.com