• Bakı 32° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

İQTİSADİYYAT

04 Avqust 2025 | 14:59

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % və yaxud 409,4 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6 % artaraq 2 milyard 446,3 milyon manatdan çox olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,7 % artaraq 130,8 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 % artaraq 98,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,8 % artaraq 641,1 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 % artaraq 449,3 milyon manat təşkil edib.


SON XƏBƏRLƏR