• Bakı 29° C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Azərbaycanda yeni radio fəaliyyətə başlayır

CƏMİYYƏT

17 Noyabr 2022 | 11:28

Azərbaycanda yeni radio fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş Yurd FM radiosu, 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır.

Radiodan Bakıvaxtı.az-a verilən xəbərə görə, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq.

2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır. Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərəcək.

Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunacaq.

Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.


SON XƏBƏRLƏR

09 Avqust 2025