• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Malayziya və Polşa təyyarələri Bakıya məcburi eniş edib

CƏMİYYƏT

17 Dekabr 2022 | 10:39 | Müəllif: Subhan Mahmudov

Malayziya və Polşa təyyarələri Bakıya məcburi eniş edib

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın AirAsia aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakıvaxtı.az-a verilən məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.

Həmçinin, səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026