Koronavirusdan sonra dünyanı silkələyən xəstəliklərdən biri də meymunçiçəyi virusu idi. Ancaq bu xəstəlik birdən-birə artdığı kimi haqqında olan xəbərlər də qəfil kəsildi. Meymunçiçəyinin bitdiyini deyə bilərik?
İnfeksionist Sadiqə Əliyevanın Bakıvaxtı.az-a dediyinə görə, əlbəttə ki, meymunçiçəyi xəstəliyinin belə tez bitməsi ola bilməz: “Sadəcə, meymunçiçəyi xəstəliyinin yoluxduruculuğu koronavirus kimi yüksək deyil. Ona görə sürətlə artmayıb. Amma tək-tək hallarda, əlbəttə ki, müşahidə olunur”.
S.Əliyeva deyib ki, həmçinin artım olan ölkələrdə təbii çiçəyə qarşı peyvənd aparılıb: “Bu da xəstəliyin müəyyən qədər qarşısını almış oldu. Çünki təbii çiçəyə qarşı olan peyvənd meymunçiçəyinə qarşı da effektivdir”.
Aytac Aslan
















