• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Füzulidə silah-sursat aşkar edildi

CƏMİYYƏT

16 Yanvar 2023 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Füzulidə silah-sursat aşkar edildi

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 45 avtomat, 11 pulemyot, 9 qumbaraatan, 2 tank əleyhinə idarə olunan raket sistemi, 2 snayper tüfəngi, 4 tapança, 1 AQS və lent qutuları, 3 əl qumbarası, 15 partladıcı, 2 gecə görmə cihazı, 1500 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR