• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu

CƏMİYYƏT

05 Oktyabr 2023 | 11:17

Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə iş açılmış 1986-cı il təvəllüdlü Vahid Fiolet oğlu Əsgərov Rusiya ərazisində saxlanılıb.

İnterpol xətti ilə axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, V.Əsgərov 6 il əvvəl Şəmkir rayonu ərazində həmyerlisini güllələyib. O, avtomobilində Cavid Şirinov adlı şəxsə atəş açıb. Həmin vaxt güllələnən şəxsin həyatını xilas etmək mümkün olub. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026