• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır

CƏMİYYƏT

04 Noyabr 2023 | 10:48

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir: “İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə, 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR