• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yeni ştam Azərbaycana da yayıla bilər? - Havalar soyuyandan sonra...

CƏMİYYƏT

04 Dekabr 2023 | 09:26 | Müəllif: Qalib İbrahimoğlu

Yeni ştam Azərbaycana da yayıla bilər? - Havalar soyuyandan sonra...

 Rusiyada əhalinin COVİD-19-a qarşı kütləvi immunitet qazandığı düşünülsə də, ötən həftə ölkədə yoluxma sayı sürətlə artmağa başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, son bir həftə ərzində koronavirusdan 90 nəfər öldüyü açıqlanıb. Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib ki, COVİD-19-un yeni variantı sürətlə artır.

Son bir həftədə əhalinin hər 100 min nəfərində yeni koronavirus infeksiyasına yoluxma nisbəti 54,47 olub və əvvəlki həftə ilə müqayisədə 32,8% artıb. Hesabatda qeyd olunub ki, Moskva da daxil olmaqla 27 bölgədə COVİD orta hesabla daha sürətlə yayılır.

Rusiya ilə Azərbaycanın qonşu olduğunu nəzərə alsaq, virus Azərbaycana da yayıla bilər?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirusun artma ehtimalı, təbii ki, var: "Çünki havalar soyuduqca xəstəliklərin artma ehtimalı olur. Rusiyada havalar bizdən daha tez soyuyur. Azərbaycanda havalar hələ mülayim keçir. Ola bilər ki, havalar bir az soyuyandan sonra artım olsun. Təbii ki, bu, ciddi bir artma deyil".

Mərdan Əliyev:Ola bilər ki, havalar bir az soyuyandan sonra artım olsun

Həkimin sözlərinə görə, Rusiya əhalisiin sayını nəzərə alsaq, 90 nəfər elə də böyük rəqəm deyil: “Burada yaşlıları da nəzərə almaq lazımdır. Belə xəstələr, əslində, koronavirusdan yox, adi qripdən də ölə bilirlər”.

Müsahibimiz hesab edir ki, COVİD-19 ilə bağlı durum normaldır, narahatlığa əsas yoxdur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR