• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

CƏMİYYƏT

12 Oktyabr 2024 | 13:56

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.

Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.


SON XƏBƏRLƏR