• Bakı 10° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Bu içki qadınlarda infarkt riskini artırır

CƏMİYYƏT

11 Noyabr 2024 | 11:45

Bu içki qadınlarda infarkt riskini artırır

Qadınlarda infarkt riskini artıran içki müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçin Uppsala Universitetinin epidemiologiya professoru Karl Michaelsson xəbərdarlıq edib.

Məlumata görə, südün gündəlik istehlakı koronar ürək xəstəliyi və miokard infarktı riskini artırır.

Bildirilib ki, onun tərkibində çoxlu laktoza və şəkər var ki, bu da təhlükəli iltihaba səbəb olur və ürək əzələ hüceyrələrini zədələyir.

Eyni zamanda ekspert nəzərə çatdırıb ki, içki yalnız qadınlar üçün təhlükəlidir, kişilər üçün isə tamamilə zərərsizdir.

Michaelsson qeyd edib ki, hər gün 300 mililitr süd içmək ürək üçün əhəmiyyətli bir risk yaradır.

Onun sözlərinə görə, dozanı 600 millilitrədək artırdıqda infarkt ehtimalı 12 faiz, 800 millilitrdə isə 21 faiz artır.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR