• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda radiostansiyalar artırılacaq

CƏMİYYƏT

11 Dekabr 2024 | 10:55

Azərbaycanda radiostansiyalar artırılacaq

Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə bildirib.

    O qeyd edib ki, son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artırılıb:

    "Artıq 2 ədəd radio tezliyi tenderdədir. Tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq".

    "Hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır. Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəbdaşların bununla bağlı geniş seçim imkanları var", - deyə İ.Səttarov əlavə edib.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025