Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.
Bakıvaxtı.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.
Həmin şadlıq evini işlədən Ruslan Hüseynov deyir ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Şadlıq evinin altına su dolmasından bir müddət sonra xəbər tutublar. Dərhal aidiyyəti üzrə məlumat veriblər.
Onun sözlərinə görə, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o aidiyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.
Məsələ ilə bağlı ''Azəristiliktəchizat''dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır. Həminçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır, təcili texniki tədbirlər görülür və su çəkilir. Eyni zamanda qəzanın da aradan qaldırılması üçün zəruri tədbirlər görülməkdədir.
Daha ətraflı videomaterialda.