Sosial şəbəkələrdə çox sayda balığın sahilə çıxması ilə bağlı görüntülər yayılıb. Görüntülərə yazılan şərhlər diqqət çəkib. Belə ki, izləyicilər adətən balıqların çoxlu sayda sahilə çıxmasını zəlzələ əlaməti kimi qeyd ediblər. Deyiblər ki, balıqların quruya çıxması güclü və dağıdıcı zəlzələnin xəbərçisidir.
Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bunu təsdiq edib.
O deyib ki, balıqların sahilə çıxması zəlzələdən xəbər verir:
“Deyilənlər realdır. Doğrudan da əgər çox sayda balıq suyu tərk edir, deməli, zəlzələ baş verəcək. Onlar zəlzələdən qorxurlar. Məsələn, balıqların “intiharı” hansı ölkədə görülübsə, zəlzələ də orada baş verəcək. O sudan çıxmaqla dövlətə xəbərdarlıq etmiş olur”.
Ekoloq ölkədə hər gün zəlzələnin baş verdiyini vurğulayıb:
“Azərbaycanda mütəmadi olaraq zəlzələ baş verir. Məsələn, il ərzində dənizdə bəlkə də min dəfə xırda zəlzələ olur. Onların da qorxusu yoxdur. Onu da deyim ki, 2 il Türkiyədə baş verən güclü zəlzələ bizdə baş verməyəcək”.