• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

"Qarabağ hadisələri başlayanda 14 yaşım var idi" - Harutyunyan

CƏMİYYƏT

10 Mart 2025 | 21:25

Qarabağ hadisələri başlayanda 14 yaşım var idi - Harutyunyan

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Harutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirərək deyib: “Bilirəm ki, Qurgen Qabrelyan, Vartan Akopyan, Haraçı Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxışlar edirlər. Yazıçılardan Qurgen Qabrelyan uşaq şairi idi, bu qədərini bilirdim”.

A.Harutunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, “Arabo” batalyonundan danışıb: “Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. “Arabo”, “Arami”, “Böyük Tiqran”, “Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.


SON XƏBƏRLƏR

10 Mart 2025