• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın dünya və Avropa çempionu azadlığa buraxıldı

CƏMİYYƏT

20 Yanvar 2023 | 16:01

Azərbaycanın dünya və Avropa çempionu azadlığa buraxıldı

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın BTV nəşri yayıb.

Bildirilib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu həbsxanadan buraxılıb.

Bir ili dəmir barmaqlıqlar arxasında keçirən idmançının hələ də bunun şokunda olduğu qeyd olunub. Bu üzdən o, Asenovqraddakı evini tərk etmir. Kostova əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, ardından isə Slivendə 4 ay həbsdə olub.

Qeyd edək ki, Boyanka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026