• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda temperatur iqlim normasından yuxarı qalxdı

CƏMİYYƏT

19 Fevral 2023 | 12:16 | Müəllif: Subhan Mahmudov

Bakıda temperatur iqlim normasından yuxarı qalxdı

Azərbaycanda hava əsasən yağmursuz keçib, Bakıda külək güclənib, havanın temperaturu iqlim normasından yuxarı olub.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, cənub-qərb küləyi arabir Göyçay, İsmayıllı, Şamaxıda 20 m/s, Şəki, Qobustanda 19 m/s, Daşkəsən, Tərtərdə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb, fevralın 19-u səhər saatlarından külək 13 m/s-dək mülayimləşib.

Havanın temperaturu Bakıda iqlim normasından 1.3° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Naxçıvanda 10°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, aran rayonlarında 15°-dək isti olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026