• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ölkədə benzinlə bağlı yeni xəbər

CƏMİYYƏT

21 Mart 2023 | 00:19

Ölkədə benzinlə bağlı yeni xəbər

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.

 Bakıvaxtı.azxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində azalma müşahidə olunur. Cari ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6 faiz, neft koksunun istehsalı 12,8 faiz artıb. Qazoylların (dizel yanacağının) istehsalı 0,6 faiz, ağ neft istehsalı 7,5 faiz, neft bitumu istehsalı 47,1 faiz, mazut istehsalı isə 90,8 faiz azalıb.


SON XƏBƏRLƏR